Şəhərdə baş verən zəlzələdən sonra bəzi turistlər İstanbula turlarını ləğv etməyə başlayıblar.
"Unikal" xəbər verir ki, bu barədə “Pegas Touristik” turoperatorunun MDB üzrə koordinatoru Orxan Sancar məlumat yayıb.
Onun sözlərinə görə, çaxnaşma mühiti turizmə təsir edir və bəzi insanlar İstanbula tur sifariş edib-etməməkdə tərəddüd edirlər.
O vurğulayıb ki, şirkət bunun müvəqqəti vəziyyət olduğuna ümid edir.