Mingəçevirdə qadın intihara cəhd edib.

"Unikal" xəbər verir ki, hadisə Günəşli bağlar yaşayış massivi ərazisindəki evdə baş verib. Belə ki, özünü asaraq öldürmək istəyən 1994-cü il təvəllüdlü Hüseynova Aygün Əhməd qızı  kəndirin  qırılması  nəticəsində sağ qalıb. Təcili xəstəxanaya çatdırılan qadının durumu tibbi müdaxilə nəticəsində stabilləşib. İntihara cəhdin  səbəbi hələ ki, məlum deyil.

Faktla bağlı araşdırma aparılır.

Ehtiram Muradov