Ukrayna Prezidenti Volodimir Zelenski aprelin 26-da ABŞ Prezidenti Donald Trampla görüşüb. Hər iki lider Roma Papası Fransiskin dəfn mərasiminə gəlib.
"Unikal" xəbər verir ki, bu barədə jurnalistlərə Ukrayna Prezidentin mətbuat katibi Sergey Nikiforov məlumat verib.
Liderlər Müqəddəs Pyotr Bazilikasında üzbəüz oturaraq qısa müddətə görüşüblər. Daha sonra onlara Makron və Starmer qoşulub.
Sergey Nikiforovun sözlərinə görə, görüş təxminən 15 dəqiqə davam edib.