Aprelin 26-da ABŞ-nin birinci xanımı Melaniya Trampın 55 yaşı tamam olub.O, həyat yoldaşı, ABŞ prezidenti Donald Trampla birlikdə getdiyi Vatikanda Papanın dəfn mərasimində yubileyini qeyd etməli olub. Evə qayıdarkən Tramp arvadının doğum gününə özəl olaraq təyyarədə şam yeməyi verib.
"Unikal" ABŞ-nin birinci xanımı və onun keçmiş həyatı barəsində bəzi məlumatları təqdim edir.
Melaniya Knavs (Daha sonra Tramp) 26 aprel 1970-ci ildə Sloveniyanın Novo Mesto şəhərində anadan olub. Onun atası Viktors Knavs mopedlər və qoruyucu motosiklet ləvazimatları satan öz kiçik şirkət sahibi idi. Anası Amaliya tekstil fabrikində uşaq geyimləri dizayneri işləyib.
Adi ümumtəhsil məktəbindən sonra Melaniya Lyublyanadakı Dizayn və Fotoqrafiya Məktəbinə, sonra isə Lyublyana Universitetinin Memarlıq, İnşaat və Geodeziya fakültəsinə daxil olur. Lakin ali təhsil almaq nəticə vermədi: bir ildən sonra o, modellik biznesində karyera qurmaq üçün universiteti tərk edir. Bir model agentliyi ilə müqavilə bağladıqdan sonra Milana, daha sonra Parisə getməli olur. Soyadını isə Knauss olaraq dəyişdirir.
1995-ci ildə “Metropolitan Models”in həmsahibi və Donald Trampın dostu Paolo onu ABŞ-yə köçməyə dəvət edir və ona iş vizası almağa kömək göstərir.
Melaniya gələcək əri ilə 1998-ci ildə, onun 28, ərinin isə 52 yaşı olanda tanış olub. Həmin vaxt Tramp Marla Maples ilə evli olub. Lakin bu, onların münasibətinə mane olmayıb.
Nəhayət 2004-cü ildə Donald Tramp Melaniyaya 1,5 milyon dollarlıq üzüklə evlilik təklifi edib. Toydan sonra o, ABŞ vətəndaşı olub. 20 mart 2006-cı ildə cütlüyün yeganə övladı Barron William Trump adlı bir oğulları olub. Donald Trampın əvvəlki nikahlardan daha dörd övladı var.
Melaniya Tramp ABŞ tarixində iki dəfə birinci xanım olmuş qadındır.
Gülayə Mecid