Rusiya Federasiyası ilə ultimatum dili ilə danışmaq olmaz.
"Unikal" xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Moskvanın Ukraynada atəşi dayandırmaqdan imtina edəcəyi təqdirdə Avropa ölkələrinin yeni sanksiyalarla hədələnməsini şərh edərkən bildirib.
"Ultimatum dili Rusiya üçün qəbuledilməzdir, uyğun deyil: Rusiya ilə belə bir dildə danışmaq olmaz", - o, ifadə edib.
Mayın 10-da Böyük Britaniyanın baş naziri Keir Starmer bəyan edib ki, Moskva atəşkəsdən imtina edərsə, Böyük Britaniya və ABŞ Ukraynaya hərbi yardımı, həmçinin Rusiyaya qarşı sanksiyaları artıracaq. Onun sözlərinə görə, əgər Putin “sülh haqqında ciddidirsə, indi bunu nümayiş etdirmək şansıdır”.
Gülayə Mecid