Yeni Azərbaycan Partiyası (YAP) Nərimanov rayon təşkilatı tərəfindən Ulu Öndər Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü ilə əlaqədar ağacəkmə aksiyası keçirilib.

"Unikal" xəbər verir ki, Qaradağ rayonu, Müşfiqabad qəsəbəsi ərazisində 1000 ədəd Eldar şamı və zeytun ağacı əkilib. Eyni zamanda, ağacların əkildiyi ərazilərdə təmizlik işləri aparılıb, ağaclara aqrotexniki qulluq göstərilib.