Karlo Ançelotti Braziliya millisinin yeni baş məşqçisi təyin olunub.

"Unikal" xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb. 

Məlumata görə, "Real Madrid"i çalışdıran Karlo Ançelotti Braziliya Milli Komandasının yeni baş məşqçisi olub. Ançelotti yeni vəzifəsinə mayın 26-da başlayacaq. 65 yaşlı Ançelotti Braziliya tarixində ilk əcnəbi treyner təyin edilib. 

Xabi Alonso isə 2028-ci ilə qədər Madrid komandasının baş məşqçisi vəzifəsini icra edəcək.

Ağarza Elçinoğlu