Hazırda insan alveri cinayəti törətməkdə təqsirləndirilən 11 (2023-cü illə müqayisədə 1 nəfər az) nəfərin İnterpol kanalları ilə beynəlxalq axtarışı davam etdirilir.

"Unikal" xəbər verir ki, bu, İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun illik məlumatında əksini tapıb.

Bildirilib ki, hesabat ilində insan alveri (15), seksual xarakterli hərəkətlərə cəlb etmə, əxlaqsız yuvaları saxlama, yetkinlik yaşına çatmayanları ictimai mənəviyyata zidd əməllərə cəlb etmə, pornoqrafik materialları və ya əşyaları qanunsuz yayma cinayətlərinə görə 30 (2023-cü illə müqayisədə 9 nəfər çox) təqsirləndirilən şəxs yerli axtarışda olub, onlardan 16 (2023-cü illə müqayisədə 7 nəfər çox) nəfəri, o cümlədən 3 (2023-cü illə müqayisədə 2 nəfər az) insan alverçisi saxlanılaraq cinayət təqibi orqanına təqdim olunub.

Həmin şəxslərin gizləndikləri ölkələr və barələrində digər zəruri məlumatlar əldə edilərək ikitərəfli və çoxtərəfli qarşılıqlı hüquqi yardım haqqında müqavilələrin tələblərinə uyğun ekstradisiyası üçün aidiyyəti üzrə müraciətlər ünvanlanıb.

Anar Kəlbiyev