İyunun 10-da Kolumbiyanın cənub-qərbində ən azı 13 terror aktı baş verib.

"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, müxtəlif şəhərlərdə Valle del Kauka, Kauka və Narinyo departamentlərində avtomobillər partladılıb.

Cinayətkarların polis əməkdaşlarına qumbaraatanlarla hücum etdiyi bildirilir. KİV-in məlumatına görə, terror aktları silsiləsi Mayimbu ləqəbli yaraqlının məhv edilməsinin üçüncü ildönümü ilə bağlıdır.