Ayda ilk atom elektrik stansiyasının yerləşdirilməsi, həmçinin Veneranın tədqiqi üzrə işlər Roskosmosun qarşısında duran vəzifələr sırasındadır. 

"Unikal" xəbər verir ki, bu barədə Roskosmosun rəhbəri Dmitri Bakanov açıqlayıb. 

"Vəzifələrə BKS-ni əvəz edəcək yeni Rusiya orbital stansiyasının yaradılması və Ayda ilk atom elektrik stansiyasının - gələcək Ay bazaları üçün təməlin yerləşdirilməsi daxildir. Biz Veneranı tədqiq edəcəyik. Biz ona aparat endirmiş yeganə ölkəyik", - deyə Bakanov bildirib.

Bundan əlavə, onun sözlərinə görə, genişzolaqlı internetə çıxışın sürətini artırmaq və ölkənin hər bir məntəqəsinin əhatə dairəsini təmin etmək üçün orbital qruplaşmanın genişləndirilməsi planlaşdırılır. 

Ağarza Elçinoğlu