Tovuzda minik maşını aşıb, xəsarət alan var.
"Unikal"ın məlumatına görə, hadisə rayonun Qalaboyun kəndində baş verib. Belə ki, hərəkətdə olan "Niva" markalı minik maşını idarəetmədən çıxaraq aşıb. Qəza zamanı 1 nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Hadisə yerinə DYP əməkdaşları cəlb olunub.
Faktla bağlı araşdırma aparılır.
Tural Əhmədov