Amerika lideri Donald Tramp Ukraynadakı münaqişənin sülh yolu ilə həllini müzakirə etmək və sazişlər hazırlamaq üçün Türkiyədə Rusiya prezidenti Vladimir Putinlə görüşməyə hazır olduğunu bildirib.

"Unikal" xəbər verir ki, bunu Türkiyə lideri Rəcəb Ərdoğan Niderlanddan qayıdarkən təyyarədə jurnalistlərə açıqlamasında deyib. 

O, əsas məqsədinin Ukrayna böhranının sülh yolu ilə həllinə nail olmaq üçün Türkiyədə Rusiya və Amerika liderlərinin görüşünün keçirilməsi olduğunu göstərib. Ərdoğan bunu Trampa NATO-nun Haaqa sammiti çərçivəsində keçirilən görüşdə deyib.

"O, (Donald Tramp, - red.) Rusiya prezidenti Vladimir Putinin İstanbula və ya Ankaraya razılaşmaq üçün gəlsə, İstanbula və ya Ankaraya da gələcəyini söylədi", - Türkiyə lideri əlavə edib. 

Gülayə Mecid