"Azərbaycan hökuməti işğaldan azad olunmuş 8 şəhərin baş planını hazırlayıb".

"Unikal" xəbər verir ki, bununla bağlı Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Aparat rəhbərinin müavini Gülşən Rzayeva Laçında ECO Qadınlar Forumu çərçivəsində keçirilən "Şəhərsalmanın İnkişafında Qadınların rolu" adlı panel sessiyada deyib.

G.Rzayeva bildirib ki, işğaldan azad olunmuş ərazilər də daxil olmaqla şəhərlərin inklüzivliyinin yüksək olmasına səy göstərilir: "İctimai yerlərdə yaşıl mühitin yaradılması da vacibdir. Azərbaycan hökuməti işğaldan azad olmuş 8 şəhərin baş planını hazırlayıb. İnklüzivlik vacib meyar kimi götürülüb".