Tovuz Rayon İcra Hakimiyyətinin başçısı Məmməd Məmmədov, Tovuz Rayon Polis Şöbəsinin rəisi, polis polkovniki Habil Əmiraslanov, Rayon Prokurorluğunun və Dövlət Təhlükəsizliyi Xidmətinin rayon şöbəsinin rəhbərliyi, ictimaiyyət nümayəndələri və əməkdaşlarla birlikdə Ümumilli Lider Heydər Əliyevin heykəlini ziyarət edib və əklil qoyaraq xatirəsi dərin hüznlə yad edilib.
"Unikal" xəbər verir ki, tədbir iştirakçıları daha sonra rayonda yerləşən Heydər Əliyev Mərkəzində Ulu Öndərin həyat və yaradıcılığı ilə tanış olublar.
“Polis Günü” ilə bağlı xüsusi mərasim isə Rayon İcra Hakimiyyətinin inzibati keçirilib. RPŞ rəisi polis polkovniki Habil Əmiraslanov çıxış edərək polis əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib və onlara xidmətdə uğurlar arzulayıb.
Tədbirdə daxili işlər orqanlarında xidmətdə fərqlənən əməkdaşlar və polis veteranları mükafatlarla təltif edilib.