Ağdaş rayonunda 2 iyul Polis işçilərinin peşə bayramı günü münasibətilə tədbir keçirilib.

"Unikal" xəbər verir ki, tədbir iştirakçıları əvvəlcə Ulu Öndər Heydər Əliyevin xatirəsinə ucaldılmış abidəni ziyarət edib önünə gül-çiçək dəstələri düzərək ona hörmət və ehtiramlarını ifadə ediblər.

Daha sonra Heydər Əliyev Mərkəzində davam edən tədbirdə Ağdaş Rayon İcra Hakimiyyətinin başçısı Orxan Hüseynzadə, hüquq-mühafizə orqanlarının rəhbərliyi, şöbənin şəxsi heyəti, polis veteranları, ictimaiyyət nümayəndələri iştirak edib.

Ağdaş Rayon Polis Şöbəsinin rəisi, polis polkovniki Vəfalı Həsənalıyev öz çıxışında Azərbaycan polisinin yaranma tarixindən, keçdiyi inkişaf yolundan söz açaraq polis əməkdaşlarının ölkə ərazisində ictimai asayişin qorunmasında, cinayətkarlıqla mübarizədəki xidmətlərindən danışıb.
Sonda xidmətdə fərqlənən bir qrup polis əməkdaşları Fəxri Fərmanlarla təltif olunublar.