Gəncədə yanğın olub.
"Unikal"ın məlumatına görə hadisə şəhərin Fikrət Əmirov küçəsində yerləşən 5 mərtəbəli yaşayış binasında qeydə alınıb. Belə ki sözügedən ərazidə yerləşən 5 mərtəbəli yaşayış binasının 2 mərtəbəsində yerləşən mənzlinin mətbəxində anidən yanğın olub. Dərhal əraziyə FHN yanğın söndürən avtomobilləri və canlı qüvvəsi cəlb edilib. Yanğın söndürülüb, mənzilin qalan hissəsi yanğından mühafizə edilib.
Fakt araşdılır.
Tural Əhmədov