"Atletiko" "Botafoqo"nun futbolçusu Tiaqo Almadanı transfer edib.
"Unikal" xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Açıqlamada 24 yaşlı yarımmüdafiəçinin tibbi müayinədən keçmək üçün Madridə gedəcəyi, daha sonra müqavilə imzalayacağı bildirilib.
Argentinalı futbolçu 2024-cü ilin yayından Braziliya klubunun formasını geyinirdi. 2025-ci ilin qışında Almada icarə əsasında "Lion"a keçib. Bu müddətdə o, 20 matçda 2 qol vurub, 5 məhsuldar ötürmə edib.