Ermənistan Respublikası Milli Assambleyasının sədri Alen Simonyan və Mariam Marqaryan boşanıblar.
"Unikal" xəbər verir ki, bu barədə erməni mətbuatı yazıb.
Onlar Ədliyyə Nazirliyinin Vətəndaşlıq Qeydiyyatı Mərkəzinə müraciət edərək boşanmaq istədiklərini bildiriblər. Və qanuna görə, prosesi başa çatdırmaq üçün onlara bir neçə ay vaxt verilib.
Məlumatı Simonyan təsdiqləyib.
Qeyd edək ki, Simonyan bir müddət əvvəl Mariam Marqaryana dəbdəbəli ad günü keçirməsi ilə gündəmə gəlmişdi.
Seymur Əli