Ermənistan parlamentinin keçmiş deputatı Ruben Akopyan barəsində iki aylıq həbs qətimkan tədbiri seçilib.

"Unikal" erməni KİV-ə istinadən xəbər verir ki, bu barədə Avan və Nor Nork İnzibati Dairələrinin Ümumi Yurisdiksiya Məhkəməsi qərar qəbul edib. 

Bildirilib ki, Ermənistan Respublikası İstintaq Komitəsinin Dövlət əleyhinə, Konstitusiya quruluşunun əsasları və ictimai təhlükəsizlik üzrə Baş İdarəsi tərəfindən aparılan cinayət işi zamanı R.H.-nın 2025-ci il iyulun 1-də KİV-ə müsahibəsi zamanı hakimiyyəti ələ keçirmək üçün açıq çağırış etməsi barədə faktiki məlumatlar əldə edilib.

18 iyul 2025-ci il tarixdə müstəntiqin vəsatəti əsasında ibtidai istintaqın qanuniliyinə nəzarət edən prokurorun qərarı ilə R.H.-ya qarşı CM-nin 422-ci maddəsinin 2-ci hissəsi ilə ictimai cinayət təqibi başlanmışdır.

Həmin gün o, məhkəməyə gətirilmək üçün həbs edilib.

Ağarza Elçinoğlu