Abşeron rayonunun Novxanı kəndində dənizdə batan iki yeniyetmənin meyitləri tapılıb.

"Unikal" xəbər verir ki, meyitlər onların ailələrinə təhvil verilib.

Həyatını itirən şəxslərin hər ikisi 16 yaşında olub.

Bildirilir ki, yeniyetmələrdən birinin qardaşı hərbi xidmətə yola salındığı üçün onlar bu münasibətlə dəniz kənarında kiçik məclis təşkil edib. Gecə saat 04:00 radələrində iki yeniyetmə dənizə girib. Ardınca onlar yoxa çıxıb. Axtarış tədbirləri nəticəsində hər iki yeniyetmənin meyiti yaxınlıqda yerləşən “Gilavar” restoranının yaxınlığından tapılıb.

Faktla bağlı araşdırma aparılır.

XXX

13:34

Abşeron rayonunun Novxanı kəndində dənizdə batan 2 nəfərin adları məlum olub.

"Unikal" xəbər verir ki, batan şəxslər Xırdalan şəhər sakinləri 2009-cu il təvəllüdlü Kosayev Tacir Azad oğlu və Novruzov Aqil Nahid oğludur. Hər iki yeniyetmə 21 saylı Kəlbəcər rayon orta məktəbinin şagirdləridir.

Hazırda hadisə yerində müvafiq qurumlar tərəfindən axtarış-xilasetmə işləri davam etdirilir.

XXX

11:15

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Abşeron rayonunun Novxanı kəndində dənizdə 2 nəfərin batması barədə məlumat daxil olub.

FHN-dən "Unikal"a verilən xəbərə görə, məlumatla əlaqədar qurumun Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışlara cəlb olunublar.

Əlavə məlumat veriləcək.