Ağdaşda idarəetmədən çıxan maşın aşıb.

"Unikal" xəbər verir ki, hadisə Ağdaş-Şəkili kənd  yolunda baş verib. Sürücü Elmir Baxışovun idarə etdiyi  "Vaz 21099" markalı  minik avtomobili yol kənarına aşıb. Hadisə zamanı yaralanan sürücü və onun 2010-cu il təvəllüdlü oğlu Baxışov Sübhan yaralanıb. Onların hər ikisi xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Ehtiram Muradov