Gəncədə qadın avtobusdan yıxılaraq xəsarət alıb.
"Unikal"ın məlumatına görə, hadisə şəhər ərazisində 20 saylı xətt üzrə işləyən avtobusda qeydə alınıb.
Belə ki, Gəncə şəhər sakini 1976-cı il təvəllüdlü N.Huseynova avtobusdan düşmək istəyən zaman yıxılıb.
Xəsarət alan qadın yaxınlıqdakıların köməkliyi ilə xəstəxanaya aparılıb.
Həkimlər tərəfindən tibbi yardım göstərildikdən sonra qadın xəstəxanaya yerləşdirilib.
Onun vəziyyətinin orta-ağır olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.
Tural Əhmədov