Şuşa Humanitar Kollecinin direktoru Rasim Mehdiyev vəzifəsindən azad edilib.
“Unikal” “Teleqraf”a istinadən xəbər verir ki, iyulun 21-də onun əmək müqaviləsinə xitam verilib.
Elm və Ali Təhsil üzrə Dövlət Agentliyindən faktı təsdiqləyiblər.
Rasim Mehdiyev açıqlamasında bidirib ki, işdən çıxarılması yaşı ilə bağlıdır: “70 yaşım tamam olduğu üçün belə məsləhət oldu, işdən çıxarıldım”.
Qeyd edək ki, Rasim Mehdiyev Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyevin əmisidir.