"Qəzanın ilkin səbəbi pis hava şəraiti ilə əlaqədar zəif görmə səbəbindən pilotun səhvi ola bilər".

"Unikal" xəbər verir ki, bu barədə Rusiya mediası məlumat dərc edib. 

Bildirilir ki,  An-24-ün komandiri, irkutskdan olan 61 yaşlı Vyaçeslav Loqvinov olub. İkinci pilot isə Kirill Plaksindir. 

Enişi kimin həyata keçirdiyi hələlik məlum deyil. Araşdırmalar davam edir. 

Xatırladaq ki, Amur vilayətində qəzaya uğrayan An-24 təyyarəsində olan 49 nəfərin hamısı ölüb.

Gülayə Mecid