Yardımlı Rayon Polis Şöbəsinin əməkdaşlarının narkotik vasitələrin qanunsuz dövriyyəsi və satışına qarşı keçirdikləri növbəti əməliyyat tədbirləri nəticəsində 32 yaşlı Məhburə Əsgərli saxlanılıb.

DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan "Unikal"a verilən məlumata görə, ondan 3 kiloqram marixuana aşkarlanaraq götürülüb. Əməliyyat tədbirlərinin davamı nəticəsində onun narkotik vasitəni əldə etdiyi şəxsin əvvəllər məhkum olunmuş 43 yaşlı Natiq Mirzəyev olduğu müəyyən edilib və o, polis əməkdaşları tərəfindən saxlanılıb. N.Mirzəyevin Yardımlı rayonu ərazisində yerləşən yaşadığı evin yaxınlığındakı yarımtikilidə gizlətdiyi 3 kiloqram marixuana aşkarlanaraq götürülüb. Araşdırmalarla onların İran vətəndaşı tərəfindən narkokuryerliyə cəlb olunduqları və narkotikləri maddi gəlir qarşılığında paytaxt ərazisindəki ayrı-ayrı ünvanlara çatdırmağı planlaşdırdıqları müəyyən edilib.

Faktla bağlı cinayət işi başlanılıb, saxlanılan şəxslər barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.