Səudiyyə Ərəbistanının "Əl-Hilal" komandası İngiltərənin "Liverpul" klubunun hücumçusu Darvin Nunyesi transfer etməyə yaxındır.
"Unikal" xəbər verir ki, bu barədə tanınmış insayder Fabritsio Romano sosial şəbəkə hesabında məlumat verib.
Onun sözlərinə görə, tərəflər 26 yaşlı uruqvaylı forvardın keçidi ilə bağlı şifahi razılığa gəliblər. Hazırda “Əl-Hilal” müqavilənin detallarını futbolçunun özü ilə razılaşdırır.
Darvin Nunyes ötən mövsüm Premyer Liqada 30 oyunda 5 qolla yadda qalıb.