Tanınmış rusiyalı mütəxəssis Stanislav Çerçesovun yeni iş yeri müəyyənləşib.

"Unikal" xəbər verir ki, bu ilin yanvarında Qazaxıstan millisindən ayrılan çalışdırıcı Qroznı təmsilçisi "Axmat"ın "sükanı arxası"na keçib.

Məlumatı Çeçenistan klubunun mətbuat xidməti yayıb. 61 yaşlı mütəxəssis 3 illik müqaviləyə imza atıb.

"Axmat" dünən baş məşqçi Aleksandr Storojukla əməkdaşlığa son qoyduğunu bəyan etmişdi. 

Xatırladaq ki, Çerçesov 2012/2013 mövsümündə də "Axmat"da (klub o vaxt "Terek" adlandırılırdı - red.) işləyib. Komanda onun rəhbərliyi altında Rusiya Premyer Liqasında (RPL) 8-ci yeri tutmuşdu ki, bu da Çeçenistan təmsilçisinin tarixinin ən yaxşı nəticəsidir.