"Levski"nin təqdimata ehtiyacı yoxdur.

"Unikal" xəbər verir ki, bu sözləri “Sabah”ın baş məşqçisi Valdas Dambrauskas UEFA Konfrans Liqasının III təsnifat mərhələsində Bolqarıstanın “Levski” komandası ilə keçirəcəkləri ilk görüşdən əvvəl jurnalistlərə açıqlamasında deyib.

O, rəqibin güclü və tarixi klub olduğunu bildirib: "Levski" ötən il yerli çempionatda ikinci yeri tutub. Bu mövsüm Avropa Liqasında "Braqa"ya məğlub olsa da, hər iki matçda yaxşı oyun keçirdi. Bizim kimi gənc komanda üçün bu cür rəqiblərə qarşı mübarizə aparmaq müsbət məqamdır. Sabahkı görüşə hazırıq".

Avqustun 7-də Sofiyadakı Georgi Asparuxov adına stadionda keçiriləcək "Levski" - "Sabah" matçı Bakı vaxtı ilə saat 22:00-da start götürəcək.