"Liverpul" yeni mövsümün formalarını satışa çıxarıb.

"Unikal" xəbər verir ki, klub formalarını satışa çıxardıqdan cəmi 1 saat sonra Florian Virtsin futbolkalarından 6,3 milyon avro gəlir əldə edib.

İngiltərə təmsilçisinin yay transfer dönəmində heyətinə qatdığı alman futbolçunun formaları satış rekordlarına imza atıb.

Klub rəhbərliyi bunun "Liverpul" tarixində ən sürətli forma satışlarından biri olduğunu bildirib.

Qeyd edək ki, Virts yay transfer pəncərəsində "Bayer Leverkuzen"dən transfer olunub.