“Qarabağ”ın sabiq futbolçusu Yassin Benzia Səudiyyə Ərəbistanının “Əl-Feyha” komandasına keçib.
"Unikal" xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, PRO liqa təmsilçisi əlcəzairli futbolçu ilə 1 illik müqavilə imzalayıb.
30 yaşlı yarımmüdafiəçi ərəb klubuna azad agent kimi keçib.
Qeyd edək ki, Y.Benzia 2023-2025-ci illərdə “Qarabağ”da çıxış edib.