PSJ klubu yeni qapıçı transferi reallaşdırıb.
"Unikal" xəbər verir ki, məlumatı Fransa nəhənginin mətbuat xidməti yayıb.
Parislilər "Lill"in qolkiperi Lyuka Şevalyeni heyətə qatıb. Paytaxt təmsilçisi 23 yaşlı "çərçivə" qoruyucusunu 40 milyon avroya alıb. Şevalye 5 illik müqaviləyə imza atıb.
Qeyd edək ki, Lyuka Liqa 1-də 34, Çempionlar Liqasında 10 oyun keçirib.