Bakıda evi tərk edən uşaq polis əməkdaşları tərəfindən tapılıb.
"Unikal"ın məlumatına görə, bu barədə Daxili İşlər Nazirliyinin bölmə rəisi Nurlan Əliyev xəbər verib.
“Nəsimi rayonu ərazisində polis əməkdaşları tərəfindən valideynindən xəbərsiz yaşadığı ünvandan çıxan uşaq tapılıb. 7 yaşlı Abbasov Yusif Nurxan oğlu dediyinə görə Sabunçu rayonunda yaşayır. Hazırda uşaq polis nəzarətindədir”, - N.Əliyev bildirib.