Bir müddət əvvəl ukraynalı aparıcı Daria Bondar Savina ilə müsahibə zamanı göz təmasından qaçaraq diqqət çəkən "Şaxtyor Donetsk" klubunun baş məşqçisi Arda Turan yenidən gündəmə gəlib.

"Unikal" xəbər verir ki, ukraynalı xanım pərəstişkarları ilə foto çəkdirən Arda onlarla təmasdan çəkinərək məsafə saxlayıb. Bəziləri Turanın təmkinli davranışını tərifləsə də, bəziləri bu hərəkətlərin həddən artıq şişirdildiyini bildirib.