Rusiya və ABŞ prezidentləri Vladimir Putin və Donald Tramp arasında bağlı qapılar arxasında təkbətək formatda (üçün üçə - red.) keçirilən görüş başa çatıb. 

"Unikal" xəbər verir ki, bu barədə Kreml məlumat yayıb.

Görüş 2 saat 45 dəqiqə davam edib. 

Trampa dövlət katibi Marko Rubio və ABŞ liderinin xüsusi nümayəndəsi Stiv Vitkoff, Putinə isə Rusiya xarici işlər naziri Sergey Lavrov və Rusiya prezidentinin beynəlxalq məsələlər üzrə müşaviri Yuri Uşakov qatılıblar.

İki ölkə liderlərinin görüşündən sonra nümayəndə heyətlərində danışıqların aparılması planlaşdırılır. 

Ağarza Elçinoğlu