Rusiya Prezidentinin İcra Aparatı rəhbərinin müavini Dmitri Kozak tutduğu vəzifədən istefa verib.
"Unikal" xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb.
Məlumata görə, şəxsi istəyi ilə istefa verən Kozak biznesə keçmək üçün müxtəlif təklifləri nəzərdən keçirir.
Qeyd edək ki, Kozak Vladimir Putinin çoxdankı tərəfdaşıdır.