Böyük Britaniyada səfərdə olan ABŞ prezidenti DOnald Trampla xanımı Melaniya Trampın şərəfinə ziyafət verilib.
"Unikal" xəbər verir ki, Vindoz qəsrində keçirilən ziyafətdə kral III Çarlzın və həyat yoldaşı Kamilla da iştirak edib.
Kamilla və Melaniya Tramp ziyafətə mavi və sarı rəngli paltarlarda qatılıblar. Ukrayna bayrağını xatırladan bu geyimlərin fonunda Britaniya kralı Kiyevə dəstək ifadə edən çıxışlar edib.
Qeyd edək ki, Kamilla sözügedən ziyafət donunu Fransa prezidenti Emmanuel Makronla xanımı Bricit Makronun şərəfinə verilən ziyafətdə də geyinmişdi.