Müsavat AXCP ilə birləşməni niyə istəmir?
12:23 01-11-2013
SİYASƏT
Müsavat AXCP ilə
birləşməni niyə istəmir?
Arif Hacılı: “Müsavat Partiyası indiki mərhələdə AXCP ilə birləşməyi məqsədəuyğun hesab etmir”
“AXCP və Müsavat Partiyasının birləşməsi ilə bağlı təkliflər əvvəllər də irəli sürülüb. Lakin partiyanın AXCP ilə birləşməməklə bağlı yekdil qərarı var”.
Bunu açıqlamasında Müsavat Partiyası Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılı deyib.
A. Hacılının sözlərinə görə, partiya hazırda hər hansı təşkilatla birləşməyi məqsədəuyğun hesab etmir: “Bu mövzu bir neçə il əvvəl də uzun müddət müzakirə olunub, Müsavat Məclisi bununla bağlı yekdilliklə qərar qəbul edib. Qərar ondan ibarətdir ki, Müsavat Partiyası hər hansı başqa partiya ilə birləşməyi məqsədəuyğun hesab etmir. Eyni zamanda AXCP ilə də birləşməyi bu mərhələdə məqsədəuyğun saymır. Bu barədə qərarımız qüvvədədir. Bir daha qeyd edirəm ki, bununla bağlı partiya rəhbərliyində yekdil mövqe mövcuddur”.
Müsavatın növbəti qurultayında partiya başqanlığına kənardan namizədin olmasının mümkünlüyü variantına toxunan A. Hacılı qeyd edib ki, adətən Müsavatda təmsil olunmuş şəxslər başqa partiyaya sədr seçilir, partiyanın isə kənardan özünə rəhbər gətirməsinə ehtiyac yoxdur: “Müsavat Partiyasının başqanı partiya üzvlərindən biri olacaq. Müsavat Partiyası Azərbaycanda ən ciddi siyasi qüvvələrdən biridir. Partiyada istər siyasi təcrübəsinə, istərsə də təşkilatçılıq qabiliyyətinə görə kifayət qədər ciddi siyasi xadimlər var ki, onlardan da biri partiyanın başqanı olacaq”.
Digər Xəbərlər
2024-12-24 19:48:00
2024-12-24 19:24:05
2024-12-24 19:10:08
2024-12-24 18:42:57
2024-12-24 18:22:48
2024-12-24 15:40:25
2024-12-24 15:14:17
2024-12-24 14:51:10
2024-12-24 11:45:40
2024-12-24 11:17:44
2024-12-24 11:10:58
2024-12-24 10:25:46
2024-12-24 00:01:07
2024-12-24 00:00:00
2024-12-23 21:15:45
2024-12-23 20:31:41
2024-12-23 19:58:35
2024-12-23 19:46:50