Aİ-nin siyasi rəhbərliyi - Avropa Komissiyasının sədri Ursula fon der Lyayen, Avropa Şurasının sədri Antonio Kosta, Avropa Parlamentinin sədri Roberta Metsola və Aİ-nin xarici işlər üzrə ali nümayəndəsi Kaya Kallas İrəvana gəlib.

"Unikal" xəbər verir ki, Avropa İttifaqının nümayəndə heyəti bu gün İrəvana ilk Ermənistan-Aİ Zirvə Toplantısında və 8-ci Avropa Siyasi Birliyi Zirvə Toplantısında iştirak etmək üçün səfər edib.