Rumıniya Prezidenti Nikuşor Dan Eucen Tomakı Baş nazir təyin edib.

"Unikal" xəbər verir ki, bu barədə o özü məlumat verib. 

"Mən hökumət qurmaq üçün Eucen Tomakı Baş nazir təyin edirəm", - deyə o bildirib.

Dövlət başçısı bildirib ki, Parlament Baş nazir İlie Boloyanın hökumətini istefaya göndərdikdən sonra koalisiya partiyaları razılığa gələ bilməyiblər, ona görə də müstəqil namizəd seçib. Danın sözlərinə görə, Tomak bu vəzifə üçün lazımi təcrübəyə və dəyərlərə malikdir.

"Mən bu missiyanı - ölkəyə vətəndaşların rifahı naminə işləyəcək peşəkar hökumət komandası təklif etməyi vicdanla qəbul edirəm", - Tomal deyib.

Yeni baş nazir əmin edib ki, onun kabineti büdcəni məsuliyyətlə idarə edəcək və öhdəliklərini yerinə yetirəcək, xalqın maraqlarını işinin mərkəzinə qoyacaq.