ABŞ Prezidenti Donald Tramp ədliyyə naziri vəzifəsini icra edən Todd Blanşı ABŞ-nin növbəti baş prokuroru vəzifəsinə namizədliyini irəli sürüb. 

"Unikal" xəbər verir ki, müvafiq bildiriş Ağ Evin saytında dərc edilib.

Təyin olunmaq üçün Blanşın namizədliyi Senatın Məhkəmə Komitəsi tərəfindən təsdiqlənməlidir, bundan sonra isə Nümayəndələr Palatası tərəfindən tam tərkibdə nəzərdən keçiriləcək.

Blanş, Pem Bondi istefasından sonra aprelin 2-də Ədliyyə Nazirliyinin müvəqqəti direktoru vəzifəsini icra etməyə başlayıb.

"The New York Times" qəzetinin məlumatına görə, Bondinin getməsinin əsas səbəblərindən biri yetkinlik yaşına çatmayanlara qarşı cinsi cinayətlərdə ittiham olunan maliyyəçi Ceffri Epşteynin işi ilə bağlı sənədlərin dərc olunması ilə bağlı mübahisə olub.