Paytaxtın Nəsimi rayonunda avtomobil yolunda qeyri-adekvat hərəkətlər edən qadın polis əməkdaşları tərəfindən müəyyən olunub.

"Unikal"ın xəbərinə görə, araşdırmalarla məlum olub ki, 1981-ci il təvəllüdlü qadın psixi sağlamlığı ilə bağlı qeydiyyatdadır və ailə üzvlərinin nəzarətindən yayınaraq avtomobil yoluna çıxıb.

Onun sağlamlıq vəziyyəti nəzarə alınaraq ixtisaslaşmış tibb müəssisəsinə yerləşdirilməsi istiqamətində müvafiq tədbirlər görülür.

*** 09:32

Bakıda qeyri-adi hal yaşanıb.

"Unikal"ın məlumatına görə, paytaxtın Azadlıq prospektində ayaqyalın gəzən qadın "Changan" markalı avtomobilin qarşısını kəsib.

O, avtomobillərin hərəkətinə mane olub. Yolda sıxlıq yaranıb.

Qadının hansı səbəbdən bunu etdiyi hələlik məlum deyil.

Seymur Əli