"Nüvə enerjisindən imtina Almaniyanın son onilliklərdəki ən böyük səhvlərindən biri olub".
"Unikal" xəbər verir ki, bunu Sağçı müxalifət partiyası olan Almaniya üçün Alternativ (AfD) Bundestaq deputatı Steffen Kotre "RİA Novosti" agentliyinə deyib.
Onun sözlərinə görə, bu addım texnoloji bazanın dağılmasına və sənayedə təcrübənin itirilməsinə gətirib çıxarıb. Nəticədə, ölkə dünyanın hər yerindən mütəxəssislər cəlb etməli olacaq.
"Bu, mənim üçün tamamilə anlaşılmazdır və son onilliklərdə Almaniyada edilən ən ciddi səhvlərdən biridir", - deyə o bildirib.
Gülayə Mecid























































