Yolda halı pisləşən sürücü Yol Patrul Xidməti (YPX) əməkdaşlarının köməyi ilə xəstəxanaya çatdırılıb.
“Unikal” xəbər verir ki, bu barədə Baş DYP İdarəsinin şöbə rəisi polis polkovnik-leytenantı Rövşən Tağıyev sosial şəbəkə hesabında paylaşım edib.
Hadisə Şəmkir rayonu ərazisində baş verib. Halı pisləşən xəstə Şəmkir Rayon Mərkəzi Xəstəxanasına aparılıb. Daha sonra yaxınlarına onunla bağlı məlumat verilib.











.jpeg)









































