Yeni mövsümdə Azərbaycan Premyer Liqasında mübarizə aparacaq “Şəfa” 3 futbolçu ilə vidalaşıb.

Bu barədə "Unikal"a klubdan məlumat verilib.

Bildirilib ki, müqaviləsinin müddəti başa çatan qapıçı Əli Həsənli, müdafiəçi Zahid Mərdanov və yarımmüdafiəçi Emin Zamanovla komandanı tərk ediblər.