"Bu seçkilərdə rüşvət verməkdə və ya almaqda "tutulan" hər kəs növbəti seçkilərin nəticələri yekunlaşana qədər həbsxanada yatmalıdır".
"Unikal" xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan deyib.
O, İcra Orqanının üzvləri ilə qarşıdakı proqramları və addımları müzakirə edərkən qeyd edib ki, məhkəmə "Santa Barbaraları"na son qoyulmalıdır: "Əgər bu, qanunvericilik və institusional dəyişikliklər tələb edirsə, bu dəyişikliklər dərhal edilməlidir. Amma düşünmürəm ki, bunun üçün dəyişikliklərə ehtiyac var.
Mən açıq şəkildə tələb edirəm ki, rüşvət almaq və ya verməkdə "tutulan" şəxslər ən azı növbəti milli seçkilərin rəsmi nəticələri çıxana qədər həbsdə qalsınlar. Bu, milli təhlükəsizlik və demokratiyanın təhlükəsizliyi məsələsidir, təəssüf səhnələri yaratmağa ehtiyac yoxdur".
Ağarza Elçinoğlu

















































