"Çiçəklənən Ermənistan" Partiyasının lideri Qaqik Tsarukyana qarşı cinayət işi açılıb.
"Unikal" xəbər verir ki, bu barədə Ermənistan Baş Prokurorluğu məlumat yayıb.
"Cinayət Məcəlləsinin 290-cı maddəsinin 3-cü hissəsinin 2-ci bəndi (xüsusilə külli miqdarda vergi ödəməkdən yayınma) ilə cinayət işi başlanıb. Qabaqlayıcı tədbir olaraq işə gəlməmək qadağası seçilib", - deyə prokurorluq qeyd edib.
Məlumata görə, Tsarukyan bu gün, 9 iyun tarixində Zvartnots hava limanından Ermənistan Respublikasını tərk etməyə cəhd göstərib, lakin hüquq-mühafizə orqanları ona icazə verməyib.
Xatırladaq ki, Nikol Paşinyan hətta seçki kampaniyası zamanı belə bir ssenarinin mümkünlüyünü dəfələrlə demişdi: "Üçbaşlı müharibə partiyasının liderləri Ermənistandan qaçmağı xəyal edəcəklər və bunu edə bilməyəcəklər".
Ağarza Elçinoğlu

















































