"Ermənistan və Azərbaycan arasında sərhəd demarkasiyasının əsasında konkret xəritə var və bu xəritəyə əsasən həmin istiqamətdə işlər aparılır".

"Unikal" xəbər verir ki, bunu Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Edvard Asryan jurnalistlərlə keçirdiyi brifinqdə deyib. 

"Demarkasiya işlərinin əsası var və həmin əsas müvafiq ilin xəritəsidir. Baş Qərargah həmin xəritəyə sahibdir. Biz işimizi həmin xəritənin tələblərinə uyğun olaraq həyata keçiririk. Demarkasiya komissiyasına həmçinin Silahlı Qüvvələrin hərbi kartoqrafiyanı çox yaxşı bilən və həmin xəritənin bütün tələblərini bilən nümayəndəsi də daxildir", - deyə Asryan bildirib. 

O, 2021-2022-ci illər hadisələri zamanı hazırda Azərbaycanın nəzarəti altında olan ərazilərin olduğunu etiraf edib: "Demarkasiya və sərhədlərin müəyyən edilməsi nəticəsində Ermənistan Respublikasının suveren ərazisinin bərpası üçün çalışacağıq.

Ermənistan Respublikası ərazisində Azərbaycan qoşunlarının fəaliyyəti ilə bağlı həyəcan təbili çalmaq bizim borcumuzdur və biz bunu müvafiq kanallar vasitəsilə edirik".

Ağarza Elçinoğlu