Goranboy rayon İcra Hakimiyyətinin başçısı, Yeni Azərbaycan Partiyası Goranboy rayon təşkilatının sədri, şəhid ailələri, ziyalılar, ictimai fəallar və rayon ictimaiyyətinin nümayəndələri Ümummilli Lider Heydər Əliyevin rayon mərkəzində ucaldılmış abidəsini ziyarət edərək, dahi şəxsiyyətin əziz xatirəsini ehtirmala yad etdilər.
"Unikal" xəbər verir ki, tədbir Heydər Əliyev mərkəzində davam etdirildi. İştirakçılar Ümummilli liderin zəngin dövlətçilik irsini əks etdirən kitab və rəsm sərgisi ilə tanış oldular.
Daha sonra Ümummilli lider və şəhidlərimizin əziz xatirələri bir dəqiqəkik sükutla yad edildi.
Tədbirdə “Milli Qurtuluşdan Zəfərə gedən yol” adlı videoçarx nümayiş olundu.
Goranboy rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev 1993-cü ildə xalqın tələbi ilə Ulu Öndər Heydər Əliyevin yenidən siyasi hakimiyyətə qayıdışından sonra ölkədə əldə olunan ictimai-siyasi sabitlik, dövlət quruculuğu prosesləri, sosial-iqtisadi inkişaf və Azərbaycanın tarixi Zəfərinə aparan yol barədə geniş məruzə nitqi ilə çıxış etdi.
Çıxış edən Yeni Azərbaycan Partiyasının Goranboy rayon təşkilatının sədri Samir Qocayev, Şəhid Orxan Namazovun anası Nailə Məmmədova, Qərbi Azərbaycan İcmasının Goranboy rayonu üzrə nümayəndəsi Ürfət Həsənov və tarixçi, fəlsəfə elmləri doktoru Gündüz Hacıyev Milli Qurtuluşdan başlanan inkişaf yolunun xalqımızın birliyinin, dövlətimizin qüdrətinin və müstəqilliyimizin möhkəmlənməsinin əsasını təşkil etdiyini qeyd edərək, bu gün Azərbaycanın yeni inkişaf mərhələsində inamla irəliləməsi sayəsində regionun aparıcı dövlətlərindən biri kimi öz mövqeyini daha da gücləndirdiyini bildirdilər.
Daha sonra yubiley yaşları ilə əlaqədar, rayonun sosial-ictimai həyatında fərqlənən ziyalılara Goranboy rayon İcra Hakimiyyəti başçısının və Yeni Azərbaycan Partiyası Goranboy rayon təşkilatının fəxri fərmanları və qiymətli hədiyyələri təqdim edildi. Həmçinin Yeni Azərbaycan Partiyasının yeni üzvlərinə üzvlük vəsiqələri verildi.




















































