Fransa İsrailin maliyyə naziri Bezalel Smotriçin ölkəyə girişini qadağan edib.
"Unikal" xəbər verir ki, bu barədə Fransanın xarici işlər naziri Jan-Noel Barron bildirib.
Belə ki, onun sözlərinə görə, Fransa beynəlxalq müttəfiqləri ilə birlikdə işğal olunmuş Qərb Şəriyəsində baş verən zorakılıqlara görə əlaqələndirilmiş milli sanksiyalar tətbiq edib:
"Bu gün Britaniya, Kanada, Avstraliya, Yeni Zelandiya və Norveç tərəfdaşlarımızla birlikdə işğal olunmuş Qərb Şəriyəsində məskunlaşma fəaliyyətinin və zorakılığın artmasına görə məsul olanlara yeni sanksiyalar tətbiq edirik. Fransa İsrailin maliyyə naziri Bezalel Smotriçi, məskunlaşma təşkilatlarının dörd liderini, eləcə də zorakılıqda iştirak edən 21 nəfərin ölkəyə girişini qadağan edib."
Barron qeyd edib ki, maliyyə naziri açıq şəkildə Qərb Sahilinin ilhaqını bəyan edib: "O, Qərb Sahili ərazisində yeni yaşayış məntəqələrinin yaradılmasını, Qəzza zolağının yenidən müstəmləkələşdirilməsini, eləcə də Fələstin Milli Muxtariyyətinin iqtisadi çöküşünü və bunun Fələstin əhalisi üçün dağıdıcı nəticələrini fəal şəkildə təbliğ edir. Bu, beynəlxalq ictimaiyyətin böyük əksəriyyətinin qəbul edə bilmədiyi bir siyasətdir, çünki bəzi ölkələr "iki dövlət" prinsipinə qəti şəkildə sadiqdirlər".
Ağarza Elçinoğlu



















































