Ermənistanın Baş naziri Nikol Paşinyan Gürcüstan-Ermənistan münasibətlərinin möhkəmlənməsində böyük rol oynayıb və bu, Ermənistandakı seçkilərdən sonra da davam edəcək.

"Unikal" xəbər verir ki, bu barədə Gürcüstanın Baş naziri İrakli Kobaxidze bildirib.

"Nikol Paşinyanın baş naziriliyi dövründə Gürcüstan və Ermənistan arasında münasibətlər görünməmiş yüksək səviyyədədir. Mən çox şadam ki, bu münasibətlər davam edəcək", - Kobaxidze deyib.

Gürcüstanın Baş naziri Paşinyanı təbrik edərək, onun Gürcüstan-Ermənistan münasibətlərindəki rolunu vurğulayıb.

"Paşinyanın Gürcüstan və Ermənistan arasındakı münasibətlərdə şəxsi rolu çox vacibdir", - deyə Kobaxidze qeyd edib.